Türkiyə milli futbol komandasının Kosovonu 1:0 hesabı ilə məğlub edərək, 24 ildən sonra Dünya Kubokuna vəsiqə qazandığı gecə qapıçı Uğurcan Çakır həm meydandakı vəziyyətdən, həm də milli formanı daşımağın mənasından danışıb.
“Qafqazinfo” xəbər verir ki, matçdan sonra Çakır meydança ilə bağlı belə deyib:
“Çətin meydança idi. Kosovo matçdan əvvəl meydançanı islatmadı, amma Allah bu gün yağış göndərdi”.
O, şəxsi hisslərini və qürurunu da bölüşüb:
“2002-ci ildə 6 yaşım var idi. İndi bu Dünya Kubokunda ölkəmizi təmsil etməyin qürurunu yaşayacağam. Allaha şükür. Həyatda ən vacib şeylər ailə və bayraqdır. Dünya Kubokunda bayrağımız, ailəmiz, ölkəmiz üçün əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, Türkiyə- Kosovo qarşılaşmasının qəhrəmanlarından biri qapıçı Uğurcan Çakır olub.Xüsusilə matçın ilk hissəsində, 29-cu dəqiqədə Kosovo millisinin hücumçusu Fisnik Asllaninin qapıya gedən kəskin zərbəsini Uğurcan möhtəşəm reaksiya ilə kənarlaşdırmaqla komandasına önəmli nailiyyət qazandırıb.
Son xəbərlər
Son Xəbərlər