Ceyhun Əli parlamentin mətbuat katibi oldu

ceyhun-eli-parlamentin-metbuat-katibi-oldu
Oxunma sayı: 8205

Milli Məclisin Mətbuat Xidməti vəzifəsinə tanınmış teleaparıcı Ceyhun Əli təyin olunub.

“Qafqazinfo” xəbər verir ki, parlamentin sədri Sahibə Qafarova bu barədə sərəncam imzalayıb.

Xatırladaq ki, ötən gün sözügedən vəzifəyə AzTV-nin aparıcısı Elnar Məmmədlinin təyin olunması barədə xəbər yayılıb. E. Məmmədli də mediaya açıqlamasında təyinatını təsdiqləmişdi.

Qeyd edək ki, Ceyhun Əlinin təyinatı ilə bağlı ilk xəbəri bakupost.az saytı yayıb.

***

Ceyhun Əli uzun müddət ATV kanalında xəbər aparıcısı olub. Daha sonra isə 2018-ci ildə "AzerTelecom" şirkətində İctimaiyyətlə əlaqələr və Korporativ Kommunikasiya Departamentinin rəhbəri vəzifəsində çalışıb. Bir müddətdir ki, İTV kanalında xəbər aparıcısıdır.

C. Əli televiziya aparıcısı olmaqla yanaşı, müxtəlif forum və konfransların spiker və moderatoru da olub. Bununla yanaşı, o, müxtəlif yerli və xarici şirkətlərlə korporativ kommunikasiya, nüfuz menecmenti, brendlərin inkişaf etdirilməsi istiqamətində əməkdaşlıq edib.