“Ceylan”ın gedəcəyi deyilir - Sevgi üçbucağı dağılır?

ceylanin-gedeceyi-deyilir
Oxunma sayı: 678

Türkiyənin məşhur serialı “Yeraltı”da gözlənilməz ayrılıq yaşana bilər.

“Qafqazinfo” xəbər verir ki, “Ceylan” obrazını canlandıran Devrim Özkanın mövsüm sonu seriala vida edəcəyi barədə xəbərlər yayılıb.

Belə ki, 12-ci bölümün sonunda “Yılmaz” obrazı “üçündən birini qurban verəcəyik” sözlərini deyib. “Yılmaz”ın mövsüm sonuna kimi üçündən birinin “qələmini qıracağı” və bunun da “Ceylan” obrazı olacağı ehtimal edilir.

İddiaların belə güclənməsinə səbəb son bölümdə “Ceylan”ın ekran işindəki kəşfiyyat komandası ilə görüşündə səsləndirdiyi fikirlər, onlardan aldığı təlimatı davam etdirməyin çətin olması haqda dedikləridir.

Bununla yanaşı serialın ilk bölümlərindən “Haydar Ali”nin sevdiyi tək qadına nə olduğuna dair verilən suallara “ölüb” deyə cavab verməsi də ehtimalları bir az reallığa yaxınlaşdırıb. İzləyicilər iddia edirlər ki, bu, ssenaristin serialın başından bəri verdiyi spoyler ola bilər.

Qeyd edək ki, həmin üçlü baş rollar “Bozo” obrazına həyat verən Uraz Kaygılaroğlu, “Haydar Ali” obrazını canlandıran Deniz Can Aktaş və “Halide Ceylan” obrazını oynayan Devrim Özkandır.