“Chevrolet” beton maneəyə çırpıldı - Xəsarət alan var+Fotolar

chevrolet-beton-maneeye-cirpildi
Oxunma sayı: 511

Bərdədə yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, qəza ötən gecə Hindarx-Borsunlu yolunun rayonun Soğanverdilər kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Ağcabədi rayon sakini Samir Hüseynov “Chevrolet” markalı, 10-YB-774 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə avtomobil yol kənarındakı beton maneəyə çırpılıb.

Qəza zamanı avtomobildə olan onun həmyerlisi, sərnişin 1974-cü il təvəllüdlü Hüseyn Əhmədov xəsarət alıb.

Yaralı Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı