CHP sədrinin Ərdoğanla bağlı çıxışı maraqla qarşılandı - Video

chp-sedrinin-erdoganla-bagli-cixisi-maraqla-qarsilandi
Oxunma sayı: 3200

Cümhuriyyət Xalq Partiyasının sədri Özgür Özel Türkiyə Böyük Millət Məclisinin iclasında ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanı müdafiə xarakterli çıxış edib.

“Qafqazinfo” xəbər verir ki, siyasətçinin həmin çıxışı müzakirələrə səbəb olmaqla yanaşı, həm də təqdir olunub.

Belə ki, CHP sədri yunan jurnalistin Türkiyə Prezidenti ilə bağlı sözlərini sərt şəkildə tənqid edib: “Kimsə süni intellektdən istifadə edərək Maduronun və Ərdoğanın şəklini düzəldib yayır və cahil, həddini bilməyən yunan jurnalist deyir ki, Ərdoğanı da belə aparacaqlar (söhbət Venesuela Prezidenti Nikolas Maduronun ABŞ tərəfindən saxlanılmasından gedir -red.). Orada dayan! Nəinki Türkiyə Prezidentini, hətta Prezident Sarayının qarşısından vətəndaşlarımızdan birini belə aparmağa kimsə cəsarət edə bilirsə, qoy irəli çıxsın. Vəssalam”.

O daha sonra əlavə edib: “Əgər Maduro ölkəsində ədalətli rəqabəti təmin etsəydi və xalqına ədalətli yanaşsaydı, xalq onu dəstəkləyərdi. Maduro nümunəsi hamımıza xatırlatmalıdır ki, mübahisələr, gərginliklər və bir ölkənin daxili cəbhəsini zəiflətməyə yönəlmiş hər şey həmin ölkədəki hər kəs üçün təhlükədir. İndi daxili münaqişələrdən imtina etməyin, qütbləşməyə son qoymağın, sülhü təmin etməyin vaxtıdır”.

Özgür Özelin sözügedən çıxışının videosunu təqdim edirik: