Çində güclü zəlzələ oldu

cinde-guclu-zelzele-oldu
Oxunma sayı: 1137

Çinin qərbində, Tibet Muxtar Rayonunda 7,1 maqnitudalı güclü zəlzələ qeydə alıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri Naqçu şəhərindən təxminən 200 kilometr şimal-şərqdə yerləşib. Mövcud məlumatlara görə, yaxınlıqdakı yaşayış məntəqəsində təxminən 30 000 nəfər yaşayır.