Çində qədim məbədlərin rəqəmsal arxivini yaratdılar

cinde-qedim-mebedlerin-reqemsal-arxivini-yaratdilar
Oxunma sayı: 193

Çinli alimlər Şanxi əyalətində yerləşən qədim “Yunqan” mağara-məbəd kompleksindəki 7 və 8 nömrəli mağaraların tam rəqəmsal arxivini yaradıblar.

“Qafqazinfo” xəbər verir ki, ilk dəfə tətbiq olunan 3D hiperspektral təsvir texnologiyası sayəsində abidələrin həndəsi forması milimetr dəqiqliyi ilə qeydə alınıb.

Onların mineral tərkibi və adi gözlə görünməyən zədələri müəyyən edilib.

B.e. 471–494-cü illərinə aid bu mağaralardan 29,2 TB həcmində məlumat toplanıb. Layihənin digər mağaraları da əhatə edərək bəşəri irsin rəqəmsal dünyada gələcək nəsillərə çatdırılması nəzərdə tutulur.