Çində yol çökdü, nəhəng çuxur yarandı - Video

cinde-yol-cokdu-neheng-cuxur-yarandi
Oxunma sayı: 970

Çinin Şanxay şəhərində yolda nəhəng çuxur əmələ gəlib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, hadisə şəhərin Minhang bölgəsində qeydə alınıb.

Belə ki, ərazidə metro stansiyasının tikintisi zamanı yol çöküb. Nəticədə avtomobillər və ətrafda işçilər tərəfindən quraşdırılan obyektlər çuxura düşüb.

Hadisəyə su sızmasının səbəb olduğu bildirilir.

Çökmə zamanı ölən və yaralanan olmayıb.