“Çingiz Xan”ın qarşısında qəza, ölən var

cingiz-xanin-qarsisinda-qeza-olen-var
Oxunma sayı: 6227

Bakıda avtomobilin vurduğu piyada xəstəxanada ölüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə Nərimanov rayonu Ziya Bünyadov prospektində yerləşən “Çingiz Xan” şadlıq evinin qarşısında baş verib.

“Hyundai” markalı 77-RB-234 dövlət qeydiyyat nişanlı avtomobil 1967-ci il təvəllüdlü Əliyeva Ranə Qiyas qızını vurub. O, xəstəxanaya çatdırılsa da, vəfat edib.

Faktla bağlı Nərimanov RPİ-də cinayət işi başlanaraq istintaq aparılır.