Fevralın 20-də “Clarivate” şirkətinin Azərbaycan dilində vebinarlar seriyasından “Birgə tədqiqatların əhəmiyyəti” adlı vebinar keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, vebinarda aşağıdakı mövzular əhatə olunacaq:
- “Web of Science Əsas Kolleksiya”;
- Təşkilat profili;
- Tədqiqatçı profili;
- Akademik və tədqiqat əməkdaşlığında çətinliklər;
- Birgə tədqiqatda qrant fondlarının rolu;
- “Collab-CNCI”, Yeni Birgə Tədqiqat İndikatoru (InCites).
Vebinarda iştirak üçün bu keçidə daxil olaraq qeydiyyatdan keçə bilərsiniz: Qeydiyyat linki
Tarix: 20.02.2025, saat 11:00
Təlimçi: “Clarivate” şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsi İltifat İbrahimov
Vebinar iştirakçılarına sertifikat təqdim olunacaq.