Məşhur aktrisa Ancelina Coli Ukraynanın Poltava şəhərindəki bir restoranda görünüb.
“Qafqazinfo” xəbər verir ki, aktrisa və UNICEF-in xoşməramlı səfirinin görüntüləri həmin məkanın müştəriləri tərəfindən instaqramda paylaşılıb.
“Məşqdən əvvəl səhər yeməyi yemək üçün ora girmişdim və birdən qarşımda Ancelina Colinin oturduğunu gördüm. Tamamilə şoka düşdüm”, - videonu çəkən istifadəçi yazıb.
Qadın qeyd edib ki, Colinin şəklini çəkməyə icazə verilmirdi, lakin məşhur aktrisanın çəkilməsini konkret olaraq kimin qadağan etdiyini açıqlamayıb.

Son xəbərlər
Son Xəbərlər