Hollivud ulduzu Ancelina Colinin yeni fotosu sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
“Qafqazinfo” xəbər verir ki, aktrisanın qızı Zahara ilə birlikdə qatıldığı tədbirdə çəkilən fotolarda Colinin gözlərindən birinin digərinə nisbətən daha böyük göründüyü iddia olunub.
İzləyicilər həmçinin aktrisanın digər gözünü saçları ilə qismən örtərək gizlətməyə çalışdığını da qeyd ediblər.
Sözügedən görüntü sosial mediada müxtəlif fikirlərə və müzakirələrə yol açıb.

Son xəbərlər
Son Xəbərlər