“COP29-u iqlim maliyyəsi ilə bağlı dönüş nöqtəsi hesab edirik”

cop29-u-iqlim-maliyyesi-ile-bagli-donus-noqtesi-hesab-edirik
Oxunma sayı: 821

“Azərbaycana COP29 sədrliyində uğurlar arzulayırıq. Bu təşkilatçılıq üçün Türkiyə dövləti adından bir daha minnətdarlığımızı bildiririk”.

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyənin iqlim, şəhərsalma və ətraf mühit naziri Murat Kurum Bakıda COP29 sammiti çərçivəsində ölkəsinin uzunmüddətli iqlim dəyişikliyi strategiyasına dair yeni “Yol Xəritəsi”ni təqdim edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan dünya üçün önəmli COP tədbirinə ev sahibliyi edir: “Bütün qurumlarımızla birlikdə bir ildir, COP gündəminə hazırlaşmışıq. İndi də böyük nümayəndə heyəti ilə Bakıdayıq”.

M.Kurum çıxışında iqlim maliyyəsinə çıxışın vacibliyindən bəhs edib: “COP29-u iqlim maliyyəsi ilə bağlı dönüş nöqtəsi hesab edirik. Təbii ki COP29 ölkələrin iqlimlə bağlı gördüyü işləri nəzərdən keçirmək üçün çox önəmlidir”.

“COP31 sədrliyinə önəm veririk. Bildiyimiz ki, ölkəmizin COP 31 sədrliyinə namizədliyini Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bütün dünyaya elan edib. Türkiyə sədrliyi dövründə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında iqlim fəaliyyətini gücləndirən körpü olacaq. İstisnasız, bütün ölkələr üçün iqlim ədalətinə uyğun bir texnoloji axını və maliyyə axınını sonuna qədər dəstəkləyəcək. Bu xüsusda, bütün dostlarımızdan dəstəyini gözləyirik”, - deyə türkiyəli nazir əlavə edib.

O, çıxışında bir müddət əvvəl İspaniyada sel fəlakəti zamanı həlak olan insanları yad edərək, COP29-un bütün ölkələrin gələcəyinə töhvə verəcəyinə ümid etdiyini vurğulayıb.

Günel İbrahimova