Çörçillin qohumu adam öldürməkdə ittiham olunur

corcillin-qohumu-adam-oldurmekde-ittiham-olunur
Oxunma sayı: 251

Böyük Britaniyanın tanınmış aristokrat ailələrindən birinin üzvü – Malboronun dördüncü hersoqu Ceyms Spenser-Çörçill qəsdən adam öldürməyə cəhd ittihamı ilə üz-üzə qalıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.

Bildirilir ki, o, bu gün məhkəmə qarşısına çıxacaq.

Xatırladaq ki, Ceyms Spenser-Çörçill Böyük Britaniyanın keçmiş Baş naziri Uinston Çörçill (1874–1965) və mərhum Şahzadə Diananın yaxın qohumudur. Məlumata görə, hersoq keçmişdə narkotik asılılığı ilə bağlı ciddi problemlər yaşayıb.

Qeyd edək ki, məhz bu səbəbdən atası – Malboronun 11-ci hersoqu Con Spenser-Çörçill nəsillikcə ailəyə məxsus olan Blenheym sarayını miras olaraq oğluna deyil, “Blenheim Palace Heritage Foundation” fondunun himayəsinə verib.