Coşqun və Ucalın öldüyü mərkəz məşhur iş adamına məxsus imiş

cosqun-ve-ucalin-olduyu-merkez-meshur-is-adamina-mexsus-imis
Oxunma sayı: 432

Xəbər verdiyimiz kimi, “Şəki yaylası” istirahət mərkəzində əyləncə məqsədilə istifadə olunan trosun qırılması nəticəsində 2 nəfər həyatını itirib.

“Qafqazinfo” Mia.az-a istinadən xəbər verir ki, sözügedən istirahət mərkəzi Masazır qəsəbəsindəki məşhur “Qurtuluş-93” yaşayış kompleksinin və Novxanıdakı “My Beach” istirahət mərkəzinin sahibi Məhərrəm Novruzova məxsusdur.

Qeyd edək ki, “Şəki yaylası”nda baş verən faciədə Qax rayon Zərnə kənd sakini Coşqun Məmmədov və onun Bakıdan Şəkiyə istirahətə gələn dostu Ucal Bayramov həlak olub.