COVID-19 pasportu olmadan toyda pul yazdırıb çıxmaqla bağlı suala - Cavab

covid-19-pasportu-olmadan-toyda-pul-yazdirib-cixmaqla-bagli-suala
Oxunma sayı: 6879

“Şəxs toy zalına daxil olursa, iştirakçı hesab edilir”.

“Qafqazinfo” xəbər verir ki, bunu DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev İctimai TV-nin efirində şəxslərin toy mərasiminə qatılmadan beş dəqiqəlik hədiyyəni verib çıxması ilə bağlı suala cavabında deyib.

E.Hacıyev bildirib ki, çünki şəxs müvafiq yoxlamadan keçir:

“O, hədiyyəni zala qədər olan məsafədə də təqdim edə bilər. Mütləq qaydada qanunvericilik norması konkret göstərir: 50 nəfərdən 150 nəfərədək şəxslərin şənlik mərasimlərində iştirakı zamanı 18 yaşından yuxarı olan bütün şəxslər tam vaksinasiyadan keçməlidir. Pandemiya şəraitində bu normalar hər bir vətəndaş tərəfindən gözlənilməlidir”.