Çox yediyinə görə arvadını məhkəməyə verdi

cox-yediyine-gore-arvadini-mehkemeye-verdi
Oxunma sayı: 49

Çinin Harbin şəhəri yaxınlığındakı kənd sakini 6 aylıq evlilikdən sonra həyat yoldaşını məhkəməyə verib.

“Qafqazinfo” xəbər verir ki, buna səbəb kişinin arvadının “həddindən artıq çox yeməsi”ni iddia etməsi olub.

Belə ki, gənc ər qadının qohumlarına nişan zamanı ödədiyi 20 min yuanı (təxminən 4,800 AZN) geri tələb edib. O, həmçinin arvadının istifadə etdiyi qida xərclərini göstərərək əlavə 30 min yuan (təxminən 7,200 AZN) ödənilməsini xahiş edib.

Bildirilib ki, məhkəmə cinayət sübutu olmadığı üçün kişinin iddiasını rədd edib. Məhkəmənin qənaətinə görə, qida xərcləri insanın fiziki ehtiyacları üçün zəruri olan əsas xərclər hesab edilir. Ödənişlərdən birinin tələbi rədd edilsə də, qadın ödənişin o biri hissəsini – 10 min yuanı (təxminən 2,400 AZN) geri qaytarmaq məcburiyyətində qalıb.

Maliyyə mübahisələrinin həllindən sonra isə cütlük boşanıb.