Dağıstanda əlverişsiz hava şəraitindən 6200-dən çox insan zərər görüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Dağıstan Respublikasının rəhbəri Sergey Melikov “NTV” telekanalının efirində açıqlayıb.
Onun sözlərinə görə, daşqın səbəbindən təqribən eyni sayda ev, şəxsi torpaq sahəsi və məişət obyektinə zərər dəyib.
Melikov həmçinin qeyd edib ki, bölgədə 55 müvəqqəti yerləşmə məntəqəsi yaradılıb və həmin məntəqələrdə 700-dən çox insan yerləşdirilib.
Hazırda Dağıstan ərazisində martın sonu və aprelin əvvəlində güclü yağışların səbəb olduğu daşqınların nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Son xəbərlər
Son Xəbərlər