Daha bir ailə qəzaya düşdü - Ana ölüb, qardaşlar yaralıdır + Video

daha-bir-aile-qezaya-dusdu
Oxunma sayı: 1688

Salyanda ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Bakı istiqamətində olan minik avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində 1 nəfər hadisə yerində həyatını itirib, 2 nəfər isə ağır xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktka bağlı araşdırma aparılır.

***

Məlumata görə, qəzaya düşənlər bir ailənin üzvləridir.

Belə ki, maşının sürücü, 1987-ci il təvəllüdlü Əsədli Mahir Rüfət oğlu və onun əkiz qardaşı,  Əsədov Tahir Rüfət oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Anaları, 1962-ci il təvəllüdlü Əliyeva Səlbi Hüseyn qızı isə hadisə yerində ölüb.

Surxay Şahbazov