Daha bir balıqçını “tok” vurdu

daha-bir-baliqcini-tok-vurdu
Oxunma sayı: 1540

Xızı rayonunda bədbəxt hadisə baş verib.

“Qafqazinfo”nun məlumatına görə, ötən gün saat 23 radələrində Giləzi qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini 1985-ci il təvəllüdlü Bayram Muradovu balıq tutarkən elektrik cərəyanı vurub.

Xəstəxanaya yerləşdirilmiş B.Muradovun vəziyyəti orta-ağırdır. Araşdırmalar aparılır.

Qeyd edək ki, ötən həftə Lənkəranda da oxşar hadisə baş vermiş və 66 yaşlı balıqçı vəfat etmişdi.