Daha bir rektor işdən çıxarıldı

daha-bir-rektor-isden-cixarildi
Oxunma sayı: 19053

Azad Sevindik oğlu Novruzov Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib.

“Qafqazinfo” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Qeyd edək ki, A.Novruzov sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun yerinə deputat seçilib.

O, 2020-ci ilin fevralında Naxçıvan Müəllimlər İnstitutunun rektoru təyin edilmişdi.