Daha bir tələbə ürəktutmadan vəfat etdi - Foto

daha-bir-telebe-urektutmadan-vefat-etdi
Oxunma sayı: 7269

Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi Sahil Abbaslı vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Azərbaycan Universitetləri” səhifəsi məlumat yayıb.

Məlumata görə, tarix müəllimliyi ixtisasında təhsil alan tələbənin ölümünə infarkt səbəb olub.

S.Abbaslı İmişli rayon Əliqulular kənd orta məktəbini 2021-ci ildə bitirib universitetə qəbul olubmuş.

Qeyd edək ki, oktyabrın 16-da AzTU-nun 1-ci kurs tələbəsi, 2005-ci il təvəllüdlü Bəxtiyar Paşayev də universitetə gedərkən ürəktutmadan vəfat edib.