Daha bir uşaq qızılcadan öldü - Foto - Yenilənib

daha-bir-usaq-qizilcadan-oldu
Oxunma sayı: 4281

Lənkəranda qızılca xəstəliyindən 3 yaşlı uşaq ölüb.

"Qafqazinfo" xəbər verir ki, rayonun Şirinsu qəsəbəsində 3 yaşlı Uğur Elvin oğlu Abızadə bir həftə öncə yüksək hərarətdən sonra ev şəraitində müalicə olunub.

Ötən gün uşağın yenidən hərarəti yüksəlib və çağırılan təcili tibbi yardım briqadası uşağın xəstəxanaya aparılmasına çalışsa da, valideinləri  buna etiraz edib.

Təcili yardım briqadası gedəndən sonra  halı yenidən ağırlaşan uşaq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlər uşağa yardım göstərsə də onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, ailənin digər övladı 2019 - cu il təvəllüdlü Yunus Elvin oğlu Abızadə isə yüksək hərarətə görə Bakı şəhərindəki xəstəxanaların birinə yola salınıb.

***

Lənkəranda 3 yaşlı uşağın ölümü ilə bağlı TƏBİB açıqlama yayıb.

Qurumdan verilən məlumata görə, 2020-ci il təvəllüdlü uşaq (cinsi kişi) ötən gün saat 06:00 radələrində huşsuz vəziyyətdə TƏBİB-in tabeliyində fəaliyyət göstərən Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Uşaq şöbəsinə gətirilib. 

Vəziyyəti ağır olan xəstə saat 10:45-də mərkəzin reanimasiya şöbəsinə köçürülüb. Azyaşlıya virus mənşəli meninqoensefalit diaqnozu qoyulub. Görülən reanimasiyon tədbirlərə baxmayaraq, saat 15:00 radələrində azyaşlının ölüm faktı qeydə alınıb.

Surxay Şahbazov