Dairəvi yolda qəza oldu - Sıxlıq var

dairevi-yolda-qeza-oldu
Oxunma sayı: 1944

Yasamal rayonu, Bakı Dairəvi yolda yol-nəqliyyat hadisəsi baş verib. 

Bu barədə “Qafqazinfo”ya Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Qəza səbəbindən Bakı-Sumqayıt şosesi istiqamətində sıxlıq yaranıb.

Polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür.