“Nüvə danışıqları üçün strukturun yaradılması prosesi davam edir”.
“Qafqazinfo” xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Laricani bildirib.
O qeyd edib ki, mediada müharibə ssenariləri ilə bağlı yayılan xəbərlərin əksinə olaraq, nüvə danışıqları üçün strukturun yaradılması prosesi irəliləyir:
“Mediada süni şəkildə yaradılan müharibə fikirlərinə baxmayaraq, danışıqların formalaşdırılması prosesi davam edir”.
Qeyd edək ki, İran əvvəllər ABŞ ilə nüvə danışıqlarına hazır olduğunu açıqlamış, lakin təhdid altında razılaşmaya getməyəcəyini bildirmişdi.
Son xəbərlər
Son Xəbərlər