Mərakeşdə təxminən 100 min sakinin yaşadığı Əl-Qəsr əl-Kəbir şəhərinin səlahiyyətliləri yüksək daşqın riski ilə əlaqədar təcili təxliyə elan edib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “Hespress” məlumat yayıb.
Sinoptiklər xəbərdarlıq edirlər ki, yaxın gələcəkdə kritik vəziyyət yarana bilər, hətta yüksək dağlıq ərazilər də su altında qala bilər.
Hərbi və mülki müdafiə qüvvələri bir neçə gün əvvəl Əl-Qəsr əl-Kəbirdə qurulmuş müvəqqəti çadır düşərgələrindən insanları təxliyə edir.
Sakinlərin təhlükəsiz zonaya daşınması üçün bütün şəhər nəqliyyat vasitələri, o cümlədən avtobuslar və xüsusi texnikalardan istifadə edilir.
Son xəbərlər
Son Xəbərlər