Dayanacağa gedirdi, maşın vurub öldürdü

dayanacaga-gedirdi-masin-vurub-oldurdu
Oxunma sayı: 1790

Abşeron rayonu Novxanı qəsəbəsində ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, 2005-ci təvəllüdlü İlkin Paşayev “Vaz 21074” markalı avtomobillə Saray-Novxanı yolu ilə avtobus dayanacağına doğru hərəkət edən 1967-ci il il təvəllüdlü piyada Nərminə Hüseyn qızı Tanarverdiyevanı vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanıb.