DÇ başlayandan bəri yüzlərlə körpəyə onun adı verilib

dc-baslayandan-beri-yuzlerle-korpeye-onun-adi-verilib
Oxunma sayı: 490

Peruda futbol azarkeşləri yeni doğulan uşaqlarına Norveç millisinin ulduz hücumçusu Erlinq Haalandın adını verməyə başlayıblar.

“Qafqazinfo” xəbər verir ki, ölkənin Milli Şəxsiyyət Reyestrinin açıqladığı məlumata görə, 468 körpə Haaland soyadı ilə qeydiyyata alınıb.

Bundan əlavə, 91 uşağa futbolçunun tam adı – Erlinq Haland verilib.

25 yaşlı hücumçu 2026-cı il Dünya Çempionatında göstərdiyi uğurlu performansla böyük populyarlıq qazanıb. Turnirdə keçirdiyi dörd oyunda yeddi qol vuran Haaland Norveçin Braziliya üzərində tarixi qələbəsində hər iki qolu vuraraq, komandasını ilk dəfə dörddəbir finala daşıyıb.

Milli Şəxsiyyət Reyestrinin nümayəndəsi İvan Torres bildirib ki, müxtəlif futbol ulduzları perulular üçün ilham mənbəyinə çevrilib və valideynlər uşaqlarına sevimli oyunçuların adlarını verməyə üstünlük verirlər.

Onun sözlərinə görə, Haaland adını daşıyan körpələrin əksəriyyəti DÇ başlayandan sonra qeydiyyata alınıb və Norveçin uğurlu çıxışı ilə bu rəqəm daha da artıb.

Peruda digər məşhur futbolçuların adları da geniş yayılıb. Belə ki, ölkədə 3402 nəfər Messi, 1185 nəfər Kriştianu Ronaldo, 1241 nəfər Yamal, 33809 nəfər isə Neymar adını daşıyır.