Dəməşqdə komendant saatı tətbiq ediləcək

demesqde-komendant-saati-tetbiq-edilecek
Oxunma sayı: 2482

Dəməşqdə yerli vaxtla saat 16:00-dan 05:00-a qədər komendant saatı tətbiq edilir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Al Watan” nəşri məlumat yayıb.

Məlumata görə, bu barədə qərarı “hərbi administrasiya” verib.

Xatırladaq ki, dekabrın 8-nə keçən gecə müxalifət qüvvələri noyabrın 27-də başlayan sürətli hücumu başa çatdıraraq Dəməşqi ələ keçiriblər.