Azərbaycanda turistlər üçün gündəlik, həftəlik, aylıq dəmir yolu bileti paketlərinin, həmçinin destinasiyalar üzrə güzəştli bilet satışı təkliflərinin yaradılması planlaşdırılır.
“Qafqazinfo” xəbər verir ki, bu, “Turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.
İlkin olaraq bu istiqamətdə beynəlxalq təcrübənin araşdırılması həyata keçiriləcək.
Son xəbərlər
Son Xəbərlər