“Dentera” şəbəkəsində 7-ci filial sevinci - Yasamalda VIP xidmət

dentera-sebekesinde-7-ci-filial-sevinci
Oxunma sayı: 236

Azərbaycanın aparıcı stomatoloji klinikalar zənciri olan “Dentera” Yasamal VIP filialının açılışı ilə xidmət şəbəkəsini 7-yə çatdırıb.

“Qafqazinfo” xəbər verir ki, şəbəkə Bakı və ətraf ərazilərdə minlərlə pasiyentə vahid keyfiyyət standartı ilə xidmət göstərir.

Yeni filialda implantologiya, ortodontiya, estetik və cərrahi stomatologiya üzrə son texnologiyalar tətbiq olunur. Klinikanın nəzdindəki rəqəmsal laboratoriya isə ortopedik bərpa işlərinin operativ və dəqiq həyata keçirilməsinə imkan verir.

Bundan əlavə, pasiyentlər üçün 18 aya qədər ilkin ödənişsiz və faizsiz hissəli ödəniş imkanı aktivdir.

“Dentera” ölkənin milli stomatologiya brendi kimi fəaliyyətini genişləndirməyə davam edir.

Ətraflı məlumat üçün: dentera.az