Deputat ABŞ-yə gedir

deputat-abs-ye-gedir
Oxunma sayı: 3145

Milli Məclisin deputatı Vüqar Bayramov sentyabrın 2-si ABŞ-nin Vaşinqton şəhərinə səfər edəcək.

“Qafqazinfo” xəbər verir ki, səfər çərçivəsində deputat “İnformasiya Texnologiyaları və İnnovasiya Fondu”  (İTİF) tərəfindən təşkil olunacaq bir sıra görüşlərdə iştirak edəcək.

Tədbir çərçivəsində süni intellekt, rəqəmsal inkişaf, yaşıl enerji, innovasiya və texnoloji əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunacaq.

Səfər sentyabrın 6-sı başa çatacaq.