Deputat Baş nazirdən quru sərhədlərin açılmasını istədi - Yenilənib

deputat-bas-nazirden-quru-serhedlerin-acilmasini-istedi
Oxunma sayı: 5335

“Rusiya-Azərbaycan quru sərhədində yüzlərlə soydaşımız çadır düşərgələrində ağır və alçaldıcı vəziyyətdə yaşayır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deputat Razi Nurullayev bildirib.

“Soydaşlarımıza bu cür münasibət ölkəmizin nüfuzuna ziyandır. Cənab Baş nazir, sizdən quru sərhədlərin açılmasını və Dağıstanda gözləyən soydaşlarımızın tez bir zamanda ölkəyə gətirilməsini xahiş edirəm” , - deyə deputat qeyd edib.

***

Əli Əsədov isə bildirib ki, karantin qaydaları yumşaldılsa da, pandemiya aradan qalxmayıb: "Rusiya hökuməti martın 21-dən başlayaraq hava məkanını yenidən Azərbaycan üçün açır. Dağıstan sərhədində qalan azərbaycanlıların məsələsi də hökumətin diqqətindədir. Amma onlarla bağlı qəti qərar hələ verilməyib”.

Eldar Tanrıverdi