“Dərmanların bahalığı bizlik məsələ deyil”

dermanlarin-bahaligi-bizlik-mesele-deyil
Oxunma sayı: 3006

Azərbaycanda dərmanların qiymətinin baha olması Dövlət Gömrük Komitəsi ilə bağlı olan məsələ deyil. “Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov bildirib.

“Birinci  deyə bilərəm ki, dərmanlara gömrük rüsumları tətbiq olunmur, ƏDV-nin miqdarı da çox aşağıdır. Azərbaycana dərman gələn kimi, dərman şirkətləri dərhal onların anbarlara aparılmasını istəyirlər. Biz də dərhal buraxırıq. Çünki həssas təbəqədən olan insanlar, dərmanlara təcili ehtiyacı olan var. Ölkədə dərmanın qiymətinin baha olması gömrükdən qaynaqlanmır. ƏDV-nin miqdarı da bir o qədər çox deyil. Çünki, dərmanın alış qiyməti aşağı olanda, necə ƏDV yüksək ola bilər? Bu faiz azdır. Dərman satan şirkətlərin adından nəsə bir söz demək düzgün olmazdı”, - deyə Şahin Bağırov qeyd edib. 

O qeyd edib ki, vətəndaş tərəfindən ölkəyə gətirilən dərmanın miqdarının müəyyənləşdirilməsi ilə bağlı iş aparılır: “İnan heç bir gömrükçü ölkədə 2-3 qutu “aspirin” gətirən vətəndaşa heç bir söz demir. Bu tipli dərmanlar gömrükdən də tez buraxılır. Amma elə dərman növləri var ki, onun barədə məlumat əldə etmək lazımdır. Yenə deyirəm ki, biz hökumət tərəfindən tapşırıq verilib ki, biz dərmanların miqdarı ilə bağlı konkret təkliflərimiz təqdim edək. Bundan sonra konkret miqdarlar müəyyən olacaq və vətəndaşlar müəyyən miqdar çərçivəsində dərmanı problemsiz ölkəyə gətirə biləcək”.

Eldar Tanrıverdi