“Dərnəgül” elektrik deposunda II mərhələ üzrə işlər tamamlanıb və depo qismən istismara verilib.
“Qafqazinfo” xəbər verir ki, bu gün ilk qatarın qəbulu prosesi həyata keçirilib.
Qeyd edək ki, sərnişin sıxlığının aradan qaldırılmasında strateji əhəmiyyətə malik bu infrastruktur layihəsi 2025–2030-cu illər üzrə Dövlət Proqramına uyğun olaraq həyata keçirilir. Deponun tikintisi üçün ərazi 1986-cı ildə ayrılsa da, əsas inşaat işlərinə 2025-ci ilin aprel ayından başlanılıb.
16,5 hektar ərazini əhatə edən depoda 16 xidmət obyektinin yaradılması nəzərdə tutulub.
Gülnar Əliyeva


Son xəbərlər
Son Xəbərlər