Xəbər verdiyimiz kimi, Sumqayıt şəhəri Corat qəsəbəsində 33 yaşlı Əsgər Hüseynov həyat yoldaşı, 31 yaşlı Şəhanə İmanovanı kəsici alətlə qətlə yetirib.
“Qafqazinfo” xəbər verir ki, hadisənin bəzi təfərrüatı məlum olub.
Hadisə ilə bağlı danışan qonşunun sözlərinə görə,15 yaşlı oğlan qaçaraq ondan kömək istəyib:
“15 yaşında oğlan uşağı qışqıra-qışqıra gəldi ki, kömək elə, kəsir. Mən də elə bildim əlini kəsib”.
Həmin vaxt kişinin hadisə yerindən qaçdığı qeyd edilib.
Digər qonşu isə bildirib ki, daha sonra kişi uşağı da özü ilə götürərək ərazidən uzaqlaşıb:
“Sonra gördük uşağı götürdü, qaçdı. Anası orada ağlaya-ağlaya danışırdı. Dedi ki, qız boşanmaq istəyirmiş. Oğlan da icazə vermirmiş. Sonra gəlib yaxınlaşıb deyib ki, uşağı ver, görmək istəyirəm. Uşağı alıb qadından, sonra bıçağı çəkib qadının üstünə bıçaqlayıb”.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda cinayət işi başlanıb.
Daha ətraflı ATV-nin süjetində:
Son xəbərlər
Son Xəbərlər