Digahda 4 nəfəri baltalayan şəxs barədə qərar verildi - Yenilənib

digahda-4-neferi-baltalayan-sexs-barede-qerar-verildi
Oxunma sayı: 4477

Dünən səhər saatlarında Digah və Mehdiabad qəsəbələri ərazisində balta ilə əmisinin ailəsinə xəsarət yetirən Sərxan Həşimov Cinayət Məcəlləsinin 120.2.7 və 29, 120.2.7-ci maddələrilə (qəsdən iki şəxsi öldürmə və qəsdən 2 şəxsi öldürməyə cəhd etmə) təqsirləndirilən şəxs qismində cəlb olunub.

Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, onun barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, iyulun 3-də Digah qəsəbəsi ərazisində 4 nəfərə kəsici alətlə xəsarət yetirilməsi barədə məlumat yayıb. Araşdırma zamanı 1974-cü il təvəllüdlü Sərxan Həşimovun aralarında yaranmış mübahisə zamanı Digah qəsəbəsi ərazisində əmisi Hicran Həşimov, əmisinin arvadı Zümrüd Haşımova və əmisi qızı Xəyalə Kərimovaya, Mehdiabad qəsəbəsi ərazisində isə Ələsgər Hüseynova balta ilə xəsarətlər yetirərək onları qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.