DİN bugünkü atışma ilə bağlı yeni məlumat yaydı

din-bugunku-atisma-ile-bagli-yeni-melumat-yaydi
Oxunma sayı: 8641

Daxili İşlər Nazirliyi bu gün Bakının Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə bağlı yeni məlumat yayıb.

DİN-in Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən 3 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb:

“Əməliyyat-axtarış tədbirləri davam etdiyi üçün onların adları açıqlanmır. 

Onlardan cinayətdə istifadə olunan tapança aşkar olunaraq götürülüb. Sosial şəbəkələrdə cinayət hadisəsi ilə bağlı olan iddialar əsassızıdır. 

Əməliyyat-axtarış tədbirləri yekunlaşdıqdan sona əlavə məlumat veriləcək”.