DİN “Sputnik-Azərbaycan”da əməliyyat keçirir - Yenilənib

din-sputnik-azerbaycanda-emeliyyat-kecirir
Oxunma sayı: 12160

Hazırda “Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirilir.

“Qafqazinfo”ya daxil olan məlumata görə, polis ofisi nəzarətə götürüb.

Qeyd edək ki, bir müddət əvvəl “Sputnik-Azərbaycan”ın fəaliyyəti dayandırılmışdı.

Buna baxmayaraq, agentliyin fəaliyyətini davam etdirdiyi, əməkdaşların işə çıxdığı məlum olub.

***

Məlumatı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən saytımıza təsdiqləyiblər. Bildirilib ki, əməliyyatla bağlı əlavə məlumat veriləcək.