Goranboyda 2 saylı tam orta məktəbin işdən çıxarılan direktoru İlhamə Qasımovanın məktəbin əmlakına zərər vurması ilə bağlı iddialar yayılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Məktəb direktorunun vəzifədən azad edildikdən sonra məktəbin sanitar qovşağındakı avadanlıqları, əl-üzyuyanları sökərək öz evinə apardığı iddia olunur.
Məsələ ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, bununla əlaqədar araşdırma aparılıb: “Araşdırma nəticəsində müəyyən edilib ki, sözügedən ümumi təhsil müəssisəsində bəzi avadanlıqların zədələnməsi və ya yerində olmaması ilə bağlı məsələ mövcuddur.
Hazırda həmin avadanlıqların təmir edilərək istifadəyə yararlı vəziyyətə gətirilməsi və problemin yeni tədris ilinin başlanmasına qədər aradan qaldırılması nəzərdə tutulur”.
Gülnar Əliyeva


Son xəbərlər
Son Xəbərlər