“Məsafədən iş hər kəs üçün maraqlıdır. Çünki əmək fəaliyyətimizdə buna zərurət var. Dəyişiklik ondan ibarətdir ki, 4-cü maddədə qeyd edilib ki, distant işləyən işçilərin də Əmək Məcəlləsinin təminatları ilə tam əhatə olunması təsbit edilir. 55-ci maddədə isə distant işə dair əlavə əmək şəraiti tərəflərin razılığı ilə əmək müqaviləsində müəyyən olunur”.
“Qafqazinfo” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında Əmək Məcəlləsinə təklif olunan dəyişikliyin müzakirəsi zamanı bildirib.
“Beynəlxalq təcrübə göstərir ki, distant iş rejimində işçinin həyat və sağlamlığının qorunmasına görə əsas məsuliyyət işəgötürənin üzərində qalır. Yəni işəgötürən distant iş zamanı yalnız təqdim etdiyi avadanlıq, proqram təminatı, məlumatların mühafizəsi və onların təhlükəsiz istismar qaydalarının işçiyə yazılı şəkildə çatdırılması çərçivəsində məsuliyyət daşıyır. Bunların hamısını Əmək Məcəlləsinə sala bilmərik. Bu, sonrakı normalarda və iki tərəf arasında olan əmək müqaviləsinə əlavələrdə öz həllini tapacaq”, - nazir müavini qeyd edib.
Nuranə Daxilqızı
Son xəbərlər
Son Xəbərlər