Dolu və güclü külək Ağdamda təsərrüfatlara ziyan vurdu - Fotolar

dolu-ve-guclu-kulek-agdamda-teserrufatlara-ziyan-vurdu
Oxunma sayı: 1493

Ötən gün ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti Ağdam rayonunda bir sıra təsərrüfatlara ciddi ziyan vurub.

“Qafqazinfo” xəbər verir ki, dolu və güclü külək rayonun Ergi düzü adlanan ərazisindəki tikililərə, kənd təsərrüfatında istifadə edilən traktora, həmçinin “Niva” markalı minik avtomobilinə zərərsiz ötüşməyib.

Yağan dolu traktorun yan şüşəsini qırıb, minik avtomobilinin damını əyib. Dolu vurması nəticəsində, xüsusilə taxıl zəmiləri ciddi zərər görüb.

Qeyd edək ki, sözügedən ərazidə keçmiş məcburi köçkünlər məskunlaşıb. Burada, həmçinin elektrik enerjisinin verilişində də fasilələr yaranıb.

Ziya Əmirxanlı