Dövlət başçıları Bakıya gəlməkdə davam edir - Fotolar+Yenilənib

dovlet-bascilari-bakiya-gelmekde-davam-edir
Oxunma sayı: 38849

Noyabrın 10-da Surinamın Prezidenti Çandrikapersad Santoki BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycana səfərə gəlib.

“Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov, ölkəmizin Surinamdakı səfiri Rəşad Novruz və digər rəsmi şəxslər qarşılayıblar.

Bundan başqa, bu gün San-Tome və Prinsipi Demokratik Respublikasının Baş naziri Patris Emeri Trovoada da eyni tədbir üçün Bakıya gəlib.

***

Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo noyabrın 10-da BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycana səfərə gəlib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın səhiyyə naziri Teymur Musayev və digər rəsmi şəxslər qarşılayıblar.

***

Zimbabve Prezidenti Emmerson Mnanqaqva noyabrın 10-da BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycana səfərə gəlib.

***

Şimali Makedoniyanın Prezidenti Qordana Silyanovska Davkova BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivəsində Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 10-da Azərbaycana səfərə gəlib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.

***

Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivəsində Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 10-da Azərbaycan Respublikasına səfərə gəlib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın səhiyyə naziri Teymur Musayev və digər rəsmi şəxslər qarşılayıblar.

***

Qana Prezidenti Nana Addo Dankua Akufo-Addo BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 10-da Azərbaycan Respublikasına səfərə gəlib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda Qana Prezidentini ədliyyə naziri Fərid Əhmədov və digər rəsmi şəxslər qarşılayıblar.