DSMF-nin xərcləri 431 milyon manat artdı

dsmf-nin-xercleri-431-milyon-manat-artdi
Oxunma sayı: 304

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin yanvar-iyul aylarında proqnozla müqayisədə 5 faiz və ya 239 milyon manat çox olmaqla 5 milyard 56 milyon manat təşkil edib.

“Qafqazinfo” xəbər verir ki, fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları proqnoza nisbətən 6 faiz və ya 240 milyon manat artaraq 4 milyard 48 milyon manat olub.

Bu ilin 7 ayında DSMF-nin xərcləri isə 4 milyard 811 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz və ya 431 milyon manat çoxdur.