Dünən toyu olan 17 yaşlı gəlin öldü - Foto

dunen-toyu-olan-17-yasli-gelin-oldu
Oxunma sayı: 8912

Astarada dünən toyu olan 17 yaşlı qız ölüb.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, Astara rayon sakini 2008-ci il təvəllüdlü Ə.İ.-nin dünən Deqədi kəndində şadlıq saraylarının birində toyu olub.

Toydan sonra o özünü pis hiss edib və təcili olaraq Astara Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Həkimlərin səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Ə.İ.-nin hamilə olduğu bildirilir.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.