2025-ci ildə dünya əhəlisinin sayı 8,2 milyardı keçib.
“Qafqazinfo” xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) bu statistikanı müxtəlif araşdırmalara əsasən açıqlayıb.
Hesablamalara görə, əhalinin təxminən 59 faizi Asiyada, 19 faizi Afrikada, 9 faizi Avropada, 8 faizi Latın Amerikası və Karib hövzəsində, 5 faizi isə Şimali Amerikada yaşayır.
Hazırda əhalisi 100 milyonu ötən 16 ölkə var. Hindistan (təxminən 1,46 mlrd) və Çin (təxminən 1,41 mlrd) dünya əhalisinin üçdə birini təşkil edir. Onları ABŞ, İndoneziya, Pakistan, Nigeriya və Braziliya kimi ölkələr izləyir. Avropada isə 100 milyon əhalisi olan ölkə yoxdur. Belə ki, ən çox əhali Almaniyada – təxminən 80 milyon nəfərdir.
BMT insan sayının artıq rekorda yaxınlaşdığını, kritik həddin isə aşıldığını bəyan edib. Ümumi əhali sayının 2037-ci ildə 9 milyarda, 2060-cı ildə isə 10 milyarda çatacağı gözlənilir.
Son xəbərlər
Son Xəbərlər