“Azərbaycan çox vacib uğurlara imza atıb. Prezident İlham Əliyev bu cür önəmli tədbirlərin həyata keçirilməsi istiqamətində vacib addımlar atıb, ev sahibliyi edib”.
“Qafqazinfo” “Trend”ə istinadən xəbər verir ki, bu barədə İsrail Dövlətinin Prezidenti İsxak Hersoq bu gün Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında çıxışı zamanı bildirib.
O söyləyib ki, Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında Azərbaycan sabitliyin, inanılmaz iqtisadi artımın və regiondakı əlaqələrin möhkəmləndirilməsinin əsas dayağına çevrilib.
“İştirak etdiyimiz bu sammit Azərbaycanın həqiqətən də təsirli regional tərəfdaşlıq və inamlı tədbirlər qurmaqda təqdirəlayiq bir ölkə olduğunu sübut edir. Gərginliyin artdığı bir dövrdə Azərbaycan AQEM-i həmişə diqqət mərkəzində saxlayıb, dialoq və tərəfdaşlığın genişləndirilməsi vasitəsilə ümumi rifahı dəstəkləyib”, - o bildirib.
İ.Hersoq vurğulayıb ki, birbaşa dialoqlar və təmaslar vacibdir.
“Çünki bizim bir-birimizlə qarşılıqlı əlaqədə olduğumuz XXI əsr dünyasında təcrid olunmaq illüziyadır. İqlim dəyişikliyi, aclıq, xəstəlik və digər transmilli çağırışlar hələ də siyasi sərhədləri aşır. Dünyada heç bir ölkə təcrid olunmuş vəziyyətdə təkbaşına inkişaf edə bilməz”, - o əlavə edib.
Son xəbərlər
Son Xəbərlər