Dünyanın ən gözəl insanı odur... - Fotolar

dunyanin-en-gozel-insani-odur
Oxunma sayı: 8368

Nüfuzlu “People” jurnalı dünyanın ən gözəl insanının adını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, nəşrin dərc etdiyi “Dünyanın ən gözəl insan” reytinqində Hollivud aktrisası Demi Mur birinci olub.

Jurnal 62 yaşlı Demi Muru planetin ən gözəl insanı elan etməklə kifayətlənməyib, həm də onunla gözəllik və aktyorluq karyerası haqqında söhbət aparıb.

Ekran ulduzu bildirib ki, əldə etdiyi ən böyük azadlıq özünü tam şəkildə olduğu kimi qəbul etməsindədir.

“Bu, kim olduğumu hər gün qəbul etmək hissidir. Bu o demək deyil ki, mənə xoş gələn hissələri qəbul edirəm. Bu o deməkdir ki, mən özümün bütün hissələrini qəbul edirəm”, - deyə Mur vurğulayıb və yaşla birlikdə görünüşündə baş verən bütün dəyişiklikləri qəbullandığını əlavə edib.

Qeyd edək ki, Demir Mur isə üç dəfə evli olub: 1980-1985-ci illərdə rok-musiqiçi Freddi Murla, 1987-2000-ci illərdə aktyor Brüs Uillislə, 2005-2013-cü illərdə isə aktyor Eşton Kutçerlə. Onun Brüslə nikahından Rumer, Skaut və Tallulu adlı üç qızı var.