Dünyanın ən varlı adamı Le Penə dəstək oldu

dunyanin-en-varli-adami-le-pene-destek-oldu
Oxunma sayı: 655

Dünyanın ən varlı adamı İlon Mask Fransada gələn il keçiriləcək prezident seçkiləri öncəsi ifrat sağçı siyasətçi Marin Le Penə dəstək olub.

“Qafqazinfo” xəbər verir ki, amerikalı iş adamı bu barədə “X” hesabında paylaşıb.

Məlumata görə, Mask Le Penlə bağlı o, Fransanın son ümididir sözlərini yazıb.

Xatırladaq ki, Marin Le Pen ötən həftə prezidentliyə dördüncü dəfə namizədliyini rəsmən irəli sürüb. O, Avropa Parlamentinin vəsaitlərini mənimsəməkdə təqsirli bilinsə də, apellyasiya məhkəməsinin qərarı ilə seçkilərdə iştirakına icazə verilib.

Qeyd edək ki, Mask indiyədək konkret namizədə açıq dəstək verməmişdi. O, 2022-ci ildə Fransa Prezidenti Emmanuel Makronla görüşdükdən sonra bu görüşdən məmnun qaldığını bildirmiş, həmçinin Makronun pensiya yaşının artırılması ilə bağlı mübahisəli islahatını dəstəkləmişdi. Marin Le Pen isə hakimiyyətə gələcəyi təqdirdə həmin qərarı ləğv edəcəyini vəd edir.