Duran Çempionlar Liqası tarixinə düşdü

duran-cempionlar-liqasi-tarixine-dusdu
Oxunma sayı: 1210

Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”la cavab görüşü “Qarabağ”ın futbolçusu Kamilo Duran üçün əlamətdar olub.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytı məlumat yayıb.

24 yaşlı hücumçu matçda fərqlənib və cari mövsüm turnirdəki qollarının sayını 5-ə çatdırıb. Bununla da Duran Çempionlar Liqasında 1 mövsümə 5 qol vurmağı bacaran 2-ci kolumbiyalı futbolçu olub.

Daha əvvəl bu nəticəni “Monako”nun sabiq oyunçusu Radamel Falkao 2016/2017-ci illər mövsümündə göstərib.